Son iki gündə əmək bazarında ən çox xidmət və satış sahələri üzrə vakansiyalar üstünlük təşkil edib.
Yeniavaz.com xəbər verir ki, ölkənin ən aparıcı iş elanı saytlarında 27 və 28 yanvar tarixlərində yerləşdirilən vakansiyalar arasında ən aşağı maaş təklifi əsasən xidmət və yardımçı sahələrə aiddir.
Belə ki, xadimə, ofisiant, kassir, katibə, kamera nəzarətçisi, dezinfektor və tibb bacısı kimi vakansiyalarda əmək haqqı 300–500 manat arasında dəyişir.
Aşağı maaşlı işlər sırasında mühafizəçi, fəhlə, köməkçi fəhlə, anbar işçisi və piyada kuryer vakansiyaları da yer alır. Bu sahələrdə təklif edilən əmək haqqı əsasən 500–700 manat təşkil edir.
Orta maaşlı vakansiyalar sırasında mühasib, elektrik, mexanik, texniki servis işçisi, anbardar, aşpaz və kompüter ustası kimi peşələr üstünlük təşkil edir. Bu sahələrdə maaşlar əsasən 700–1100 manat aralığında təklif olunur.
Satış və marketinq sahəsində isə maaşların nisbətən yüksək olduğu görünür. Satış təmsilçisi, tibbi nümayəndə, optik tibbi nümayəndə və korporativ satış meneceri vakansiyalarında əməkhaqqı 1000–1500 manat arasında dəyişir. Alış meneceri və logistika üzrə əməliyyat meneceri vakansiyalarında isə maaş 1200 manata qədər yüksəlir.
Əmək bazarında ən yüksək maaş təklif edilən vakansiyalar səhiyyə və idarəetmə sahəsində qeydə alınıb. Maliyyə direktoru vakansiyasında maaş 2000–2500 manat, stomatoloq-terapevt vakansiyasında 1000–1500 manat, stomatoloq-cərrah vakansiyasında isə 4000–10000 manat aralığında maaş təklif olunur.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



































.jpg)

.jpg)
















