Ermənistan və Türkiyə arasında qismən quru sərhədinin 1 fevraldan etibarən açılması gözlənilir. Bu barədə Ermənistan və Türkiyə rəsmi şəxsləri məlumat verib. Keçid məntəqəsi hazır vəziyyətə gətirilib və sərnişin və yüklərin yoxlanılması üçün bütün texniki avadanlıqlar quraşdırılıb.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan rəsmiləri Marqara sərhəd-keçid məntəqəsində aparılan yoxlamalar zamanı bildirib ki, gömrük və sərhəd prosedurlarını həyata keçirəcək personal artıq müəyyənləşdirilib və sərhəd açılan kimi fəaliyyətə başlayacaq. Qeyd olunur ki, sərhədin açılması üçüncü ölkə və diplomatik pasport sahiblərinə şamil olunacaq.
Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan jurnalistlərə açıqlamasında yalnız onu bildirib ki, Türkiyə tərəfi sərhədin öz hissəsində – Alican keçid məntəqəsində bərpa işləri aparır.
Ekspertlər vurğulayır ki, sərhədin açılması Ermənistan–Türkiyə münasibətlərində normallaşma prosesinin davamı kimi qiymətləndirilir və regional strateji maraqlar baxımından da əhəmiyyətlidir. Eyni zamanda, Ermənistan–Azərbaycan–Türkiyə üçtərəfli münasibətlərinə də təsir göstərə biləcək mühüm addımdır.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



































.jpg)

.jpg)
















