Rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərəcəyinə dair xəbərləri əsassız adlandırıb.
Azerbaycanpolisi.az “Axar.az”a istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistana 10 milyon dollarlıq yardımla bağlı iddialar dezinformasiyadır.
“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın “Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı fərman imzaladığı” iddiaları tamamilə əsassızdır.
İctimaiyyətin ölkəmizi və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara etibar etməmələri, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə almasını vacib hesab edirik”, - açıqlamada qeyd edilib.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















