Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi

Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi

Azerbaycanpolisi.az-ın məlumatına görə, bu barədə “Trend”-ə faciənin baş verdiyi ailənin qohumları məlumat verib.

Yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Faciə baş verən ailənin yaxınlarının Trend-ə verdiyi məlumata görə hadisə 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda baş verib. Ağayev Emil Xanlar oğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını bıçaqla boğazında xəsarət yetirərək amansızlıqla öldürüb. Məlumatda qeyd olunur ki, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olduğuna görə ailə tərəfindən bir müddət narkotik asılılığına görə aidiyyatı dispanserdə müalicə etdirilib. Mərhumun əzizləri qeyd edir ki, Emin Ağayev hadisəni törətməmişdən əvvəl həyat yoldaşı ilə birgə gecə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az