Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilib.
Azerbaycanpolisi.az “Teleqraf”a istinadla xəbər verir ki, komitənin bu günkü iclasının gündəliyinə “Yol hərəkəti haqqında” qanunda bəzi dəyişikliklərin edilməsi təklif edilir.
Qanun layihəsi yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihədə "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsinin birinci hissəsinin 6-cı bəndinin yeni təkmil redaksiyada verilərək avtomagistrala "bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı ilə qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, bir-birindən ayrıca zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yol" kimi anlayışının verilməsi təklif olunur.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















