Cənubi Koreya prokurorluğu, dövlət çevrilişi cəhdindən qısa müddət sonra vəzifəsindən kənarlaşdırılan ölkənin keçmiş prezidenti Yun Sok Yol üçün ən yüksək cəza növü olan ölüm hökmünü istəyib. Oxuməni.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Yun Sok Yol, keçmiş müdafiə naziri və digər şəxslərlə birlikdə iğtişaşlar təşkil etmək və konstitusiya quruluşunu pozmaqda ittiham olunur. Xüsusilə, ona Milli Assambleya binasını mühasirəyə almaq və qanunvericilərin hərbi vəziyyət elan edilməsi barədə fərmanına əleyhinə səs verməsinə mane olmaq üçün qoşun və polis səfərbər etməsi ittihamı irəli sürülür. Bundan əlavə, keçmiş prezident parlamentin spikeri, hakim və əsas müxalifət partiyalarının liderlərinin həbsi və saxlanılması barədə əmr verməkdə də günahlandırılır.
“Yonhap”-ın məlumatına görə, hökm 2026-cı ilin fevral ayının əvvəlində elan oluna bilər. “The Chosun” yazır ki, prokurorluq keçmiş müdafiə naziri Kim Yonq Hyon üçün ömürlük həbs cəzasını da istəyib.
Koreya Cinayət Məcəlləsi qiyam təşkil edən başçılar üçün üç cəza növü nəzərdə tutur: ölüm hökmü, ömürlük həbs və məcburi əmək olmadan ömürlük həbs. Ölkədə sonuncu ölüm hökmü 1997-ci ilin dekabrında icra olunub. 1998-ci ildən etibarən Cənubi Koreyada ölüm hökmünə moratorium qüvvədədir.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















