Leading" podkastında çıxış edən Moldova Prezidenti Maya Sandu potensial referendumda Rumıniya ilə birləşməyə səs verəcəyini etiraf edib.
"Əgər referendum keçirsəydik, mən Rumıniya ilə birləşməyə səs verərdim", - Sandu deyib.
O, mövqeyini Moldova və ümumilikdə dünyanı əhatə edən geosiyasi vəziyyətlə izah edib. Onun sözlərinə görə, Moldova kimi bir ölkənin yaşaması, demokratiya və suveren dövlət kimi mövcud olması getdikcə çətinləşir.
Eyni zamanda, Sandu vurğulayıb ki, bu gün respublikada Rumıniya ilə birləşməyi dəstəkləyən çoxluq yoxdur. Prezident Kişinyovun Aİ üzvlüyünü daha real məqsəd adlandırıb və bunun "suverenliyin müdafiəsinə" kömək etdiyini bildirib.
Daha əvvəl Rumıniya Prezidenti Nikusor Dan Moldova ilə birləşməyi istədiyini, lakin qonşu respublika vətəndaşlarının iradəsinə tam hörmət etdiyini bildirib. Dan bildirib ki, hazırda Moldova vətəndaşlarının təxminən 35%-i iki ölkə arasında birləşmə ideyasını dəstəkləyir.
"Qonşu ölkə əhalisinin əhəmiyyətli bir hissəsi mövcud idarəetmə formasını dəstəklədiyi müddətcə Rumıniya heç bir addım atmayacaq", - deyə Rumıniya lideri yekunlaşdırıb.
Əziz Mustafa
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















