Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tezliklə ABŞ prezidenti Donald Trampla yenidən görüşəcək. Kazinform xəbər verir ki, bu barədə ABŞ-ın yeni səfiri Culi Staff etimadnaməsini təqdim edərkən bildirib.
"Amerika Birləşmiş Ştatları Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkə olub və bu gün tərəfdaşlığımız əvvəlkindən daha güclü olub. Münasibətlərimiz indi bütün tarixlərində ən yüksək səviyyədədir", - deyə Staff bildirib.
O qeyd edib ki, ABŞ-Qazaxıstan əməkdaşlığı mədəniyyətdən tutmuş ticarət və iqtisadi münasibətlərə qədər bir çox sahəni əhatə edir.
"Prezidentlər Kasım-Jomart Tokayev və Donald Tramp çox yaxın münasibətlər saxlayır və müntəzəm olaraq ünsiyyət qururlar. Prezident Tokayev noyabr ayında Vaşinqtona səfər edib, bu yaxınlarda yenidən Prezident Trampla danışıb və qarşıdakı dövrdə yenidən ABŞ-a səfər edəcək. Səmimi qəlbdən ümid edirik ki, bu münasibətlər dinamik şəkildə inkişaf etməyə davam edəcək", - deyə səfir əlavə edib.
Qazaxıstan prezidenti Bolqarıstan səfiri Georgi Vodenskinin etimadnaməsini qəbul edərkən ölkəsinin ikitərəfli münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu qeyd etdi.
Tokayev bildirib ki, "Həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığımızın əhatə dairəsini genişləndirmək üçün əlimizdən gələni edəcəyik".
Əziz MUSTAFA
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

