Devrilmiş İran şahının varisi Rza Pəhləvi Donald Trampdan "kömək" istəyib.
"Mən insanları azadlıqları uğrunda mübarizə aparmaq və təhlükəsizlik qüvvələrini sayca üstələmək üçün küçələrə çıxmağa çağırdım. Dünən gecə onlar bunu etdilər. Sizin bu cinayətkar rejiminə verdiyiniz təhdid də onun quldurlarını hərəkətə keçməkdən çəkindirdi. Lakin vaxt həlledicidir. Bir saatdan sonra insanlar yenidən küçələrə çıxacaqlar. Mən sizdən kömək istəyirəm.
Siz sübut etdiniz - və mən bilirəm ki, siz sülh insanı və sözünün adamısınız. Xahiş edirəm, İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun", - Pəhləvi X-də yazıb.
Aydındır ki, "şahzadə" kömək olaraq, Trampın İran qüvvələrinin etirazçıları öldürməsi halında İrana zərbələr endirməklə hədələdiyi məqamı nəzərdə tutur. Lakin qeyd edək ki, Amerika lideri İran İslam Respublikasında hakimiyyət dəyişikliyi baş verərsə, Rza Pəhləvinin İranın mümkün rəhbəri kimi namizədliyini dəstəkləmir.
"Mən düşünürəm ki, Pəhləvi bu mərhələdə İranı idarə etmək üçün uyğun variant deyil", - Tramp daha əvvəl bildirmişdi.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü















.jpg)







































