Ukrayna litium yatağının işlənməsini Trampın dostu Lauderə həvalə edib

Ukrayna litium yatağının işlənməsini Trampın dostu Lauderə həvalə edib

Ukrayna, ABŞ prezidenti Donald Trampla əlaqəli investorlara, o cümlədən milyarder və Trampın dostu Ronald Lauderə, həmçinin TechMet şirkətinə böyük bir litium hasilatı layihəsi həvalə edib. Bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

NYT-nin məlumatına görə, söhbət Ukraynanın Kirovograd vilayətində yerləşən "Dobra" litium yatağından gedir. Qəzetin yazdığına görə, yatağın işlənməsi hasilatın bölüşdürülməsi haqqında sazişə əsasən həyata keçiriləcək. Sənədə əsasən, investorlar Ukrayna hökumətinə hasilatla bağlı hesabatlar təqdim etmək müqabilində faydalı qazıntılar hasil edəcəklər.

Qəzetin yazdığına görə, Ronald Lauder Donald Trampı tələbəlik illərindən tanıyır. NYT-nin məlumatına görə, məhz o, ABŞ prezidentinə Qrenlandiyanın alınması ideyasını təklif edib. TechMet şirkəti isə qismən Donald Trampın ilk prezidentlik müddətində yaradılmış ABŞ hökumətinin investisiya agentliyinə məxsusdur.

NYT-nin anonim mənbəsinin bildirdiyinə görə, litium hasilatı üçün tenderin verilməsi qərarını Ukrayna hökumət komissiyası qəbul edib. Qalib gələn konsorsium "Dobra" litium yatağının işlənməsi üçün tenderin verilməsi meyarlarının əksəriyyətini yerinə yetirdiyinə görə rəqiblərini üstələyib. Qəzetdə qeyd olunur ki, hökumət komissiyasının iki üzvü favoritizm ehtimalını təkzib edib.

NYT-nin yazdığına görə, qərar ABŞ prezidentinin administrasiyasının Ukraynada investisiya imkanları axtarması ilə əlaqədar qəbul edilib. Qəzetin mənbəsinin sözlərinə görə, sövdələşmənin uğurlu başa çatması üçün Ukrayna Nazirlər Kabinetinin rəsmi təsdiqi tələb olunur, lakin sövdələşmə artıq "de-fakto bağlanıb".

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az