Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son yeddi il ərzində 5 sosial islahat paketinin icra edildiyini və bu islahatların 4 milyon vətəndaşımızı əhatə etdiiyini bildirib.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
“Yalnız ötən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci il artımları üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır.
Bu isə o deməkdir ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq”, - Bayramov vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, bu, həmçinin o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq:
“Yanvar ayının artımı fevral ayının artımı ilə birlikdə ödəniləcək. Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.
2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək. Bu, 2026-cı ildə də sosial təminatın güclənməsinin əsas prioritetlərdən olacağından xəbər verir”.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































