Dövlət Gömrük Komitəsi “daşınar əşyanın sahibsiz hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, DGK ümumi dəyəri 250.682,20 manat olan 585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 2705 qram təşkil edən 7 ədəd rezinli qızıl qolbaq, 33 ədəd halqa qolbaq, 92 ədəd qolbaq, 40 ədəd boyunbağı, 45 ədəd boyunbağının sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
İddia tələbi onunla əsaslandırılıb ki, Dövlət Gömrük Komitəsinin saxlancına təhvil verilmiş və hazırda Komitənin saxlancında saxlanılan qızıl-zinət əşyalarının sahibləri müəyyən olunmayıb.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin tədqiqatına təqdim edilmiş malların faktiki bazar dəyərinin ümumilikdə 250.682,20 manat olması müəyyən edilib.
DGK-dən məhkəməyə təqidm olunan ərizə təmin edilib. Qərara əsasən, 250 min manatlıq qızıl sahibsiz hesab olunub.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















