2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 13 qeyri-iş günü nəzərdə tutulur.
Azerbaycanpolisi.az Trend-ə istinadla xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.
Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar mart ayında uzunmüddətli istirahət günləri olacaq.
Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləri də müəyyən edilib.
Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.
Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq.
28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.
Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.
Ümumilikdə isə 5 gün şənbə-bazar olduğunu nəzərə alsaq (1, 7, 8, 14, 15), bu il mart ayında 18 qeyri-iş günü qeydə alınacaq.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“







































.jpg)

.jpg)












