Ukrayna prezidenti Volodimir Zelenski Rusiya, Çin və Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş ümumilikdə 70 hüquqi şəxsə, həmçinin Rusiyadan olan beş fiziki şəxsə qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
Teleqraf xəbər verir ki, fərmanın mətni Zelenskinin ofisinin rəsmi saytında dərc olunub.
Sənədə əsasən, sanksiya siyahısına Rusiyada qeydiyyatdan keçmiş 60, Çində doqquz və Britaniya Vircin adalarında bir şirkət daxil edilib. Rusiya müəssisələri arasında “Mars”, “Palyot”, “Yarımkeçirici cihazlar zavodu”, “Giperkom” XKB, həmçinin yarımkeçirici maşınqayırma və kosmik materiallar üzrə elmi-tədqiqat institutları var.
Çin şirkətləri sırasında isə "Russwill Telecom Limited", "Hong Kong Skyrizon Holding Limited" və "Moji-Nano Technology Co" yer alıb.
Sanksiyalar Ukrayna ərazisində aktivlərin dondurulmasını, lisenziyaların ləğvini, ticarət əməliyyatlarının və mədəni mübadilələrin dayandırılmasını, həmçinin Ukrayna dövlət mükafatlarından məhrum edilməni nəzərdə tutur.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















