ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İran etirazçılara atəş açarsa, ABŞ onlara kömək edəcək. İran hakimiyyəti xəbərdarlıq edib ki, Vaşinqtonun müdaxiləsi xaos gətirəcək.
"Əgər İran adi hal olduğu kimi dinc etirazçıları güllələyib qəddarcasına öldürərsə, Amerika Birləşmiş Ştatları onlara kömək edəcək. Biz hərəkətə tam hazırıq", - cənab Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Buna cavab olaraq, İranın Ali Liderinin baş müşaviri Əli Laricani bildirib ki, ABŞ-ın etirazlara müdaxiləsi bütün regionda xaos yaradacaq.
İranda iğtişaşlar 31 dekabrda milli valyutanın kəskin ucuzlaşması və qiymətlərin artması fonunda başlayıb. Hökumətin hərəkətlərinə qarşı ilk etiraz edənlər mağaza sahibləri olub, onlara tələbələr də qoşulub. KİV bu etirazları ölkə üçün son üç ildəki ən böyük etirazlar adlandırır. Etirazçılar polis maşınlarını yandırır və təhlükəsizlik qüvvələrinə daş atırlar. Polis cavab olaraq gözyaşardıcı qazdan istifadə edir və bəzi hallarda nümayişçilərə atəş açır. “AP”-nin məlumatına görə, azı yeddi nəfər həlak olub.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“







































.jpg)

.jpg)












