ABŞ prezidenti Donald Tramp qanının duruluğunu qorumaq üçün daim çox miqdarda aspirin qəbul etdiyini bildirib. Buna görə də onun bədənində asanlıqla qançırlar əmələ gəlir. Bu barədə "The Wall Street Journal" qəzeti müsahibə dərc edib.
"Onlar həkimlər deyirlər ki, aspirin qanı durulaşdırır və mən istəmirəm ki, qatı qan ürəyimdən axıb keçsin. Mən istəyirəm ki, ürəyimdən yaxşı, duru qan axıb keçsin", - deyə o bildirib. ABŞ prezidenti əlavə edib ki, buna görə də onda asanlıqla qançırlar əmələ gəlir. Həkimlər ona dozasını azaltmağı tövsiyə ediblər, lakin Tramp imtina edib.
Daha əvvəl xəbər verilmişdi ki, ABŞ prezidenti hər iki biləyində qançırlarla ictimaiyyət qarşısına çıxıb. Amerika liderinin sağ əlində tonal krem altında gizlənmiş böyük qırmızı ləkə müşahidə olunub.
CNN jurnalistləri isə prezidentin səhhəti ilə bağlı suallar qaldırıblar. Tibb ekspertləri narahatlığa səbəb olmadığını və bunun yaşlı insanlarda tez-tez rast gəlinən hal olduğunu bildirsələr də, Trampın səhhəti ilə bağlı gizliliyi dövlət başçısının vəziyyətinə diqqətin artması təhlükəsini yaradır.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















