Mamdani Qurani-Kərimə əl basaraq and içib və Nyu-York şəhərinin meri vəzifəsinə başlayıb

Mamdani Qurani-Kərimə əl basaraq and içib və Nyu-York şəhərinin meri vəzifəsinə başlayıb

Yeni il gecəsi Nyu-Yorkun seçilmiş meri Zohran Mamdani rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Andiçmə mərasimi Yeni ilin ilk dəqiqələrində Manhettendə istifadəyə yararsız hala salınmış "City Hall" metro stansiyasında keçirilib. Bu barədə “ABC News” xəbər verir.

Bu stansiya şəhərin ən qədim stansiyalarından biridir. Mərasim zamanı Mamdaninin yanında həyat yoldaşı Rama Duvaci də olub.

"Yeni iliniz mübarək, Nyu-York sakinləri – bu tunelin içində olanlar və onun üzərində olanlar," – Mamdani stansiyanın tağlı tavanı altında dayanaraq deyib.

Bu, şəhərin tarixində Nyu-York merinin Qurani-Kərimə əl basaraq and içməsi ilə bağlı ilk hadisədir. Mamdani üç nüsxədən istifadə edib: babasının Qurani-Kərimi, XVIII əsrin sonu və ya XIX əsrin əvvəllərinə aid, Afroamerikalıların Mədəniyyətini Araşdırma Mərkəzinin kolleksiyasından olan cib Qurani və babası ilə nənəsinin ailə yadigarı olan Quran. Əvvəllər əksər merlər İncilə əl basaraq and içirdilər, baxmayaraq ki, qanun dini mətnin istifadəsini məcburi etmir.

Mərasim zamanı Mamdani qısa nitq söyləyib, iştirakçılara təşəkkür edib və Nəqliyyat Departamentinin yeni komissarı Mayk Flinnin təyin olunduğunu elan edib. Onun komandasından bildirilib ki, mərasim üçün yerin seçilməsi "hər gün şəhərimizin işləməsini təmin edən əmək adamlarına sadiqliyi" əks etdirir.

Nyu-York ştatının qanunlarına əsasən, yeni mer seçkilərdən sonra yanvarın 1-də vəzifəsinin icrasına başlayır. Mərasimin gecə yarısından dərhal sonra keçirilməsi ənənə halını alıb.

Sosialist Zohran Mamdaninin 34 yaşı var. O, müsəlmandır, Uqandada anadan olub. Nyu-York meri seçkiləri noyabr 2025-ci ildə keçirilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az