"Rus Könüllü Korpusu"nun (RDK) təsisçisi Denis Kapustin sağdır, onun ölüm xəbəri Rusiya xüsusi xidmət orqanları tərəfindən ona qarşı sui-qəsd sifarişçilərini müəyyənləşdirmək məqsədi daşıyan dezinformasiya idi. Oxuməni.az-ın məlumatına görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) bildirib.
İdarənin məlumatına görə, Kapustinə qarşı yarım milyon dollara sifariş verilmiş sui-qəsd hazırlanırmış, lakin bir aydan çox davam edən Ukrayna kəşfiyyatının əməliyyatı zamanı onun həyatı xilas edilib. Bundan əlavə, GUR Kapustinlə, eləcə də Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanovla birgə video yayımlayıb.
"Hazırda RDK komandiri Ukrayna ərazisindədir və verilən tapşırıqları yerinə yetirməyə davam etməyə hazırlaşır", - videoda deyilir.
"Denis, həyata qayıdışınız münasibətilə sizi təbrik edirəm. Sizin ləğviniz sifarişi üzrə alınan vəsaitlərin mübarizəmizə kömək etməsinə şadam. Hamınıza və şəxsən sizə uğurlar arzulayıram", - deyə Budanov videoda Kapustinə videoəlaqə vasitəsilə müraciət edərək bildirib.
" Döyüş tapşırığını yerinə yetirməyə və RDK bölməsinə komandirlik etməyə davam etmək üçün irəliləməyə hazıram", - deyə RDK komandiri cavab verib.
RDK dekabrın sonunda Kapustinin ölüm xəbərini yayıb və onun dekabrın 27-nə keçən gecə Zaporojye istiqamətində öldüyünü iddia edib.
"Rus Könüllü Korpusu" Ukrayna Silahlı Qüvvələrinin tərkibində olan, əsasən Putin siyasətinə qarşı çıxan rusların döyüşdüyü bir bölmədir. Rusiyada bu bölmə 2024-cü ildə FSB tərəfindən "terror təşkilatı" kimi tanınaraq qadağan edilib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















