Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda azad iqtisadi zona və qoşunların qarşılıqlı geri çəkilməsi məsələsinin referendumuna çıxarılmağına razılaşıb.
Bu barədə Zelenski "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
"Mən düşünürəm ki, kompromis ondan ibarətdir ki, biz mövcud olan azad iqtisadi zonanı yaradacağıq və bir neçə kilometr geri çəkilməli olacağıq. Bu o deməkdir ki, Rusiya da bir neçə kilometr geri addım atmalıdır... Bu azad iqtisadi zonanın konkret qaydaları olacaq. Belə bir referendum bunun qəbul edilməsi və ya edilməməsi üçün bir yoldur," - deyə Ukrayna prezidenti qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın planında Ukraynadan Donbasın qalan hissəsindən qoşunlarını çıxarması tələb olunur, Rusiya isə öz qüvvələrini ora yerləşdirməsə də, inzibati nəzarəti həyata keçirir.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“







































.jpg)

.jpg)












