2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən bütün xarici vətəndaşlar üçün icbari tibbi və bədbəxt hadisələrdən sığorta tələbi qüvvəyə minir. Bu tələb əslində ötən ildən gündəmdə idi, lakin proses tam hazır olmadığı üçün bir il müddətinə təxirə salınmışdı. Yeni qayda beynəlxalq təcrübəyə tam uyğundur. Məsələn, Şengen zonası ölkələrinə səfər üçün minimum 30 min avro təminatlı səyahət sığortası tələb olunur. Burada da məqsəd eynidir – turistin başına gələ biləcək ani hadisələrdə tibbi xərclərin dövlətin üzərinə düşməməsidir.
Bu sözləri Axar.az-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov Gürcüstanda turistlər üçün tətbiq edilən yeni icbari sığorta tələbi barədə danışarkən deyib.
Ekspert qeyd edib ki, səyahət sığortasının qiymətinə birbaşa təsir edən əsas amillər səfərin məqsədi, səfər günlərinin sayı və səyahət edən şəxsin yaşıdır:
“Sığorta əsasən ani baş verə biləcək riskləri – tibbi xərcləri və dərman preparatlarını əhatə edir. Xüsusilə qış aylarında Gürcüstanın dağlıq bölgələrinə xizək turizmi üçün gedənlərin sayının artması bu tələbin aktuallığını daha da yüksəldir.
Səyahət sığortasında minimum müddət adətən 3 gün təşkil edir. 30 min gürcü larisi təminat məbləği təxminən 10 min ABŞ dollarından bir qədər yüksəkdir. Bu təminatla 3 günlük sığortanın dəyəri orta hesabla 8–10 manat, 3–5 günlük səyahətlər üçün isə maksimum 15 manata qədər dəyişə bilər. Təminat məbləği artırıldıqca sığorta haqqı da müvafiq olaraq yüksəlir”.
Ekspert əlavə edib ki, Azərbaycandan Gürcüstana səfər edən vətəndaşlar bu sığortanı ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətlərindən, eləcə də sığorta agentlikləri və nümayəndəliklərindən asanlıqla əldə edə bilərlər:
“Sığorta tələbinə əməl edilmədiyi halda isə turistləri cərimə gözləyir. Belə ki, sığortasız Gürcüstana daxil olan şəxslər üçün 180–190 manat civarında cərimə tətbiq olunur və həmin cərimə ödənilmədən ölkədən çıxışa icazə verilmir”.
Azerbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































