ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenskinin bu bazar günü, dekabrın 28-də qəbul edəcək. Bu barədə “Axios” jurnalisti Barak Ravid X-də (keçmiş Twitter) Ukrayna rəsmisinə istinadən məlumat verib.
Onun məlumatına görə, görüş Trampın Floridadakı Mar-a-Lago mülkündə baş tutacaq.
Zelenski daha əvvəl Trampla görüşünü təsdiqləmişdi, lakin tarixi açıqlamamışdı. O, bəyanatını "Yeni ildən əvvəl çox şey həll oluna bilər" sözləri ilə müşayiət etmişdi.
“Kyiv Post” da "vaxtı gələndə" Tramp və Zelenskinin dekabrın 28-də Mar-a-Lago-da "vacib danışıqlar" apara biləcəyi barədə yazmışdı.
"Bir neçə yeni ideyamız var. Bəzi sənədlər artıq hazırdır. Məncə, onlar demək olar ki, hazırdır. Bəzi sənədlər isə tamamilə hazırdır," - Zelenski izah edib.
Öncəki gün, dekabrın 25-də o, Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə söhbət aparıb.
Dekabrın 20-21-də Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Mayamidə Uitkoff və Kuşner ilə danışıqlarda iştirak edib. Trampın xüsusi nümayəndəsi danışıqları məhsuldar və konstruktiv adlandırıb. Dmitriyev danışıqların nəticələrinə dair cavab verərək bildirib ki, "müharibə qızışdıranlar" danışıqlar prosesinə mane ola bilməyiblər.
Görüşlərdə tərəflər 20 maddəlik sülh planı, təhlükəsizlik zəmanətləri və Ukraynanın iqtisadi rifah planını müzakirə ediblər.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“







































.jpg)

.jpg)












