Səməd Vurğunun 1938-ci ildə dillə bağlı heyrətamiz çıxışı

Səməd Vurğunun 1938-ci ildə dillə bağlı heyrətamiz çıxışı

Səməd Vurğunun 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin II sessiyasında (1938-ci il) çıxışını Vaqif Sadıqlı paylaşıb.

Kult.az xəbər verir ki, repressiya zamanı Səməd Vurğunun parlamentdə bu cür çıxışı böyük cəsarət olmaqla yanaşı, həm də ciddi risk daşıyırdı. Çünki onu bu çıxışına görə millətçilikdə ittiham edə bilərdilər.

Sözügedən çıxışı təqdim edirik:

“Dil xalqın namusu deməkdir, tarixi deməkdir, vicdanı deməkdir. Biz dil məsələsini hər bir yerdə göz bəbəyimiz kimi gözləməliyik. Dilimizi korlamaq istəyən adamlar da vardır ki, mən bir neçə misal göstərmək istəyirəm. Əgər o adamlar təmiz adamlardırsa, nə üçün demirlər k, səhv edirik. Madam ki, susurlar, görünür, onlar şübhəli adamlardır. Xalq düşmənlərindən başqa, bir çox savadsızlar da, mərifətsizlər də dilimizə ziyan vururlar ki, o yoldaşları da başa salmaq lazımdır. Şübhəsiz ki, hər bir səhv edənin yaxasından tutub, sən xalq düşmənisən, demirik. Belə bir sual verirəm: nə üçün bizim qəzetimiz “kapitalizm okrujeniyası” yazsın? Dilimizdə kapitalist əhatəsi, yaxud mühasirəsi varkən, “okrujeniya” sözü kimə lazımdır? Artıq bir sözün gəlməsi dilin başına nə qədər oyun aça bilər?! Sonra “Мобилизация” sözünü götürək. “Мобилизация” – bunu nə edəcəksən? Bizim gözəl "səfərbərlik" sözü vardır. Nə ehtiyac varmış ki, onun əvəzində “Мобилизация” işlədək? Sonra “финанс” sözü. Bunun əvəzinə bizdə “maliyyə” sözü vardır. “Maliyyə” sözü ola–ola niyə “финанс” işlədək?”

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az