Qazaxıstan Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb

Qazaxıstan Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb


Bu ilin yanvar-sentyabr aylarında Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 17,193 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumatda qeyd olunur ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,934 milyon dollar və ya 1,9 dəfə çoxdur. Hesabat ilində Qazaxıstandan investisiyaların payı Azərbaycana edilən birbaşa xarici investisiyaların ümumi həcmində 0,4% təşkil edib.
Bununla yanaşı, Azərbaycan bu ilin ilk 9 ayında Qazaxıstan iqtisadiyyatına 7,310 milyon dollar sərmayə qoyub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 965 min dollar və ya 11,7% azdır. Azərbaycanın Qazaxıstana investisiyalarının xüsusi çəkisi birbaşa xarici investisiyaların ümumi həcmində 0,4% təşkil edib. 2024-cü ilin ilk 9 ayında Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 2,207 milyon ABŞ dolları, Azərbaycandan bu ölkəyə investisiyaların həcmi isə 8,275 milyon ABŞ dolları olub.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 213,485 milyon ABŞ dolları və ya 4,7% çoxdur. Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.
Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az