“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində “Ayaks”a qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransı baş tutub.
Publika.az xəbər verir ki, o, oyun haqda bunları söyləyib:
“Çox vacib oyundur. Hazırlaşmağa çox vaxtımız olmadı. Oyunun gedişatında fərqli rotasiyalar edən komandaya qarşı oynayırıq. Qalib gəlmək istəyirlər, çox ciddi hazırlaşırlar. 2 gün öncədən gəliblər və məşqi başqa yerdə edirlər. İstəkli oynamağa çalışacağıq. Rəqib meydanda birə-bir oynamağı xoşlayan komandadır”.
Qurbanov rəqibin hazırkı durumu barədə danışıb:
“Ən təhlükəli olan budur. İstənilən komandanın xalı olmaya bilər. Bizə qarşı da müəyyən fikirlər var idi. Amma bu gün xeyli xal toplamışıq. Hər komandaya qarşı müxtəlif fikirlər olub. Başqa nüanslara fikir vermirik. Qarşımızda “Ayaks” var”.
O, Niderland mətbuatında favorit kimi göstərilmələrinə toxunub:
“Buna ancaq sevinə bilərəm. Öz oyunumuzla, nəticələrimizlə bunu haqq etmişik. Bunun sabahkı matça təsiri olmamalıdır. Bizi dəyərləndirmələri, güvənmələri sevindirici haldır”.
Mütəxəssis rəqibin matçın gedişində sistemi dəyişdiyini vurğulayıb:
“Buna görə futbolçular diqqətli olmalıdırlar. Sistemdə dəyişiklik olsa, tez zamanda hiss etməlidirlər”.
Qurbanov cari mövsüm Çempionlar Liqasının əsas mərhələsində uğurlu çıxışa da toxunub:
“Bu çox yaxşı nəticədir. Dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək istəyirik. Bu gündək olan nəticələrdən, futbolçularımdan çox razıyam. Daha keyfiyyətli kollektiv olmaq üçün yenə nəticə qazanmaq lazımdır”.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































