24 fevral 2022-ci ildən 4 dekabr 2025-ci il tarixinə kimi Ukrayna savaşında 153 171 rusiyalı hərbçinin həlak olmasını media təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə “Mediazona” nəşri məlumat yayıb.
Nəşr mediada yayılan, yaxınların mesajları, dəfn elanları, məzar fotoları və digər təsdiqlənmiş mənbələrə istinad edib.
4 dekabr 2025-ci il tarixinə olan məlumata görə, siyahıda 153 171 təsdiqlənmiş ölüm hadisəsi var. Nəşr vurğulayır ki, bu, yalnız minimum rəqəmdir, çünki bütün ölüm halları dərc olunmur.
“Təsdiqlənmiş itkilərin regional bölgüsü göstərir ki, ən çox ölüm halları "depressiv" (iqtisadi anlamda - red.) milli respublikaların və yüksək səfərbərlik səviyyəsinə malik sıx məskunlaşmış bölgələrin payına düşür.
Ən yüksək göstəricilər cənub və Qafqaz regionunda - Dağıstan, Şimali Osetiya, Çeçenistan və Başqırdıstanda müşahidə olunur. Səfərbərliyin xüsusilə geniş yayıldığı Buryatiya, Yakutiya və Tuvada da ciddi itkilər baş verib”, - deyə məqalədə bildirilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











