Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar Kızılelma pilotsuz qırıcı təyyarəsi dünyada ilk dəfə sınaq zamanı hava hədəfini hava-hava raketi ilə uğurla vurub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb
İstehsalçının sözlərinə görə, raket sınağı Sinop şəhəri üzərindəki sınaq poliqonunda baş tutub. Burada Kızılelma ASELSAN MURAD AESA radarından istifadə edərək sürətli uçan hədəf reaktiv təyyarəsini izləyib. Şirkət bildirib ki, "radar hədəfə dəqiq şəkildə bağlandıqdan sonra Kızılelma qanadından GOKDOGAN BVR hava-hava raketini buraxıb". RİA Novosti xəbər verir ki, bu hücum hədəfi mütləq dəqiqliklə məhv edib.
Baykar vurğulayır ki, bu gün dünyada əksər pilotsuz qırıcı təyyarələr yalnız yerüstü hədəfləri vura bilir və başqa heç bir pilotsuz platforma hələlik hava hədəfini uğurla vurmayıb. Şirkətin özünün məlumatına görə, Kizilelma dünyanın ilk dəfə hava-hava hücumunu uğurla həyata keçirən PUA-sıdır və bu da aviasiya tarixində yeni bir dövrün başlanğıcıdır.
Sınaq uçuşu zamanı pilotsuz qırıcıya beş F-16 qırıcısı və daha bir Akıncı dronu müşayiət edib. Qeyd olunur ki, Kizilelma düşmən təyyarələrini əhəmiyyətli məsafələrdə aşkar etməyə və aşkarlanmadan zərbələr endirməyə imkan verən qabaqcıl sensorlara malikdir.
Baykar artıq 37 ölkə ilə ixrac müqavilələri imzalayıb və xarici satışlardan əldə edilən gəlir şirkətin dövriyyəsinin 90%-ni təşkil edir.
Əvvəllər Polşa ordusunun şərq sərhədinin 24 saatlıq müşahidəsi üçün Bayraktar TB2 ağır hücum dronundan istifadə etməyə başladığı bildirilirdi.
Əziz MUSTAFA
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































