ABŞ Prezidenti Donald Tramp Venesuela üzərində hava məkanının bağlandığını elan etdi. O, Truth Social-da müvafiq mesaj paylaşdı.
"Bütün aviaşirkətlər, pilotlar, narkotik və insan alverçiləri, xahiş edirəm Venesuela üzərindəki hava məkanını tamamilə bağlanmış hesab edin", - deyə Amerika lideri yazıb.
Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı kifayət qədər mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu, nüvə sualtı qayığı və 16 mindən çox əsgər göndərib. Sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə ən azı 20 sürət qayığını batırıb və nəticədə 80-dən çox insan həlak olub.
Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə Venesuela ərazisinə zərbələr endirə biləcəyi barədə məlumat yayıb. Cümə axşamı Tramp Vaşinqtonun Venesueladan narkotik qaçaqmalçılığına qarşı "çox tezliklə quruda" mübarizəyə başlayacağını bildirib, lakin mümkün hərbi əməliyyatlar barədə ətraflı məlumat verməyib.
Əziz MUSTAFA
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
































.jpg)















