Yaponiyanın All Nippon Airways (ANA) aviaşirkəti Airbus A320 təyyarələrindəki problemlər səbəbindən 95 daxili uçuşu ləğv etdi. Bu barədə aviaşirkət öz veb saytında məlumat verib.
Uçuşların ləğvi təxminən 13.200 sərnişinə təsir edib. Aviaşirkət yaranan narahatçılığa görə sərnişinlərindən üzr istəyib və problemi ən qısa müddətdə həll edəcəyinə söz verib.
Kyodo Xəbər Agentliyinin məlumatına görə, şirkətin donanmasında 34 A320 təyyarəsi var. Hər bir təyyarənin yoxlanılması təxminən dörd saat çəkəcək.
Airbus, idarəetmə sistemində aşkar edilmiş problemlər səbəbindən A320 seriyalı təyyarələri üçün təcili proqram təminatı yeniləməsi aparacağını açıqladı. Təhlillərə əsasən, şirkət işçiləri intensiv günəş radiasiyasının uçuşun idarə olunması üçün lazım olan məlumatları təhrif edə biləcəyini aşkar etdilər.
Əziz MUSTAFA
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















