Cümə günü Honkonq yanğınsöndürənləri böyük yanğın nəticəsində zərər çəkmiş çoxmərtəbəli yaşayış kompleksində sürətli axtarış zamanı daha onlarla cəsəd aşkar ediblər. “Associated Press”-in məlumatına görə, son rəqəmlərə görə, ölənlərin sayı 128-ə çatıb.
Honkonq Yanğından Mühafizə Xidmətinin direktor müavini Derek Armstronq Çanın sözlərinə görə, xilasedicilər yanğın zamanı iyirmidən çox kömək çağırışı daxil olan mənzillərə üstünlük verirdilər, lakin vaxtında onlara çata bilməyiblər.
Yanmış binalarda əlavə cəsədlər tapıldıqdan sonra ölənlərin sayı 34 nəfər artıb. Təhlükəsizlik katibi Kris Tan hadisə yerində jurnalistlərə bildirib ki, qurbanların axtarışı davam edir və ölənlərin sayı arta bilər.
Tanın sözlərinə görə, tapılan cəsədlərdən 89-u hələ də müəyyən edilməyib. Təxminən 200 nəfər hələ də itkin düşüb. O qeyd edib ki, yanğının səbəbinin araşdırılması ən azı bir neçə həftə çəkəcək.
Honkonq Yanğından Mühafizə Xidmətinin direktoru Endi Yonq bildirib ki, hadisə yerinə gələn ilk xilasedicilər kompleksdə nasaz yanğın siqnalizasiyası aşkar ediblər ki, bu da hüquqi nəticələrə səbəb ola bilər.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











