Vladimir Putinin keçmiş administrasiya rəhbəri Dmitri Kozak sentyabr ayında istefa verməzdən əvvəl rəhbərinə məktub yazaraq Rusiyanın Ukraynaya hücumunu tənqid edib. Bu barədə “Agentstvo” nəşri mənbələrə istinadən məlumat verib.
Bir mənbə məktubdakı tənqidin "çox sərt ifadə olunduğunu" qeyd edib. Lakin, başqa bir mənbəyə görə, Kozak məktubunun Putini qəzəbləndirmədiyinə inanır və yaxın gələcəkdə siyasətçi ilə görüşməyə ümid edir.
“Agentstvo”nun mənbələri bildirib ki, istefasından sonra Kozak İsrailə gedib və orada digər məsələlərlə yanaşı müalicə alır. Putinin keçmiş administrasiya rəhbərinin hansı şəraitdə müalicə olunduğu dəqiq məlum deyil. Lakin mənbələr əlavə ediblər ki, keçmiş məmur Rusiyaya səfər etməyə davam edir.
Dmitri Kozak sentyabrın ortalarında istefa verib. Yayda “The New York Times” qəzeti onun Putini müharibəyə son qoymağa və sülh danışıqlarına başlamağa çağırdığını bildirib. Nəşrin məlumatına görə, Kozak Putinin yaxın çevrəsində müharibəyə qarşı açıq şəkildə etirazını bildirən yeganə şəxsdir.
Politoloq Arkadi Dubnovun sözlərinə görə, Ukraynanın tammiqyaslı işğalından əvvəl Rusiya Təhlükəsizlik Şurasının iclasında Kozak müharibəyə qarşı çıxan yeganə şəxs idi və belə bir qərarın ölkə üçün mənfi nəticələrini qeyd etdi. Rəsmi şəxsin çıxışı təxminən 40 dəqiqə davam etdi, lakin iclasın rəsmi stenoqramına daxil edilmədi və televiziyada yayımlanmadı.
O, həmçinin bildirib ki, müharibənin ilk günlərində Kozak Ukrayna ilə danışıqlara başlayıb, lakin cəhd uğursuz olub. Bundan əlavə, 2022-ci ilin fevral ayından sonra o, Vladimir Putinə məhkəmə islahatları da daxil olmaqla müxtəlif islahatlar təklif edib - onun bütün ideyaları da rədd edilib, Dubnov yazır.
Azərbaycanpolısı.az
Sumqayıtda "mebel alqı-satqısı" adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxslər tutulub
Tulin Ələkbərova və tələbəsi saxlanıldı
Fəhlə betonqarışdıranın içində qalaraq ölüb - “Falcom” şirkətindəki faciənin təfərrüatı
Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb
Bərdədə kişi kanala tullanan qızını xilas etmək istəyərkən boğulub
Bakıda Çinin elektromobili sürücüsü ilə birlikdə yanıb
Cəfər Pənahiyə hökm oxundu
Bakının Qaraçuxur qəsəbəsində 35 yaşlı kişi faciəli şəkildə öldü
































.jpg)








