Braziliya Ali Məhkəməsi çevriliş cəhdinə görə 27 il həbs cəzasına məhkum edilmiş keçmiş prezident Jair Bolsonaronun həbsi barədə qərar qəbul edib. Bu barədə Associated Press agentliyi keçmiş prezidentin köməkçisi Andriely Chirino-ya istinadən məlumat verir.
Bolsonaro avqust ayından bəri ev dustaqlığında idi. Köməkçinin sözlərinə görə, o, bu səhər həbs olunaraq Braziliyadakı federal polis qərargahına aparılıb.
Məhkəmə qərarında deyilirdi ki, həbs "keçmiş prezidentin ləyaqətinə tam hörmətlə, qandalsız və mediada işıqlandırılmadan həyata keçirilməlidir".
Bolsonaronun vəkili Reuters agentliyinə həbsin səbəblərini izah etməyib. Vəziyyətlə tanış olan mənbə bunu ev dustaqlığının şərtlərinin pozulması səbəbindən "profilaktik tədbir" adlandırıb.
Prokurorluğun məlumatına görə, keçmiş prezident rəqibi, hazırkı prezident Luis İnasio Lula da Silvanın seçkilərinə müdaxilə etməyə cəhd edib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











