Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerov bildirib ki, Ukrayna və ABŞ yaxın günlərdə gələcək sülh müqaviləsinin mümkün parametrləri ilə bağlı məsləhətləşmələr aparacaqlar.
O yazıb ki, "Ukrayna prosesə öz maraqlarını aydın şəkildə anlayaraq yanaşır".
Prezident Aparatı əlavə edib ki, "müharibənin sona çatması üçün addımlar üzrə məsləhətləşmələr yaxın günlərdə keçiriləcək".
Ukrayna hakimiyyəti qeyd edib ki, "Biz konstruktiv işə güvənirik və əsl sülhə nail olmaq üçün mümkün qədər tez hərəkət etməyə hazırıq".
Bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın təklif etdiyi Ukraynada nizamlama planı üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib. Nümayəndə heyətinə Zelenskinin Aparatının rəhbəri Andrey Yermak rəhbərlik edəcək.
Nümayəndə heyətinə həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NMTŞ) katibi Rüstəm Umerov, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey İqnatov, Xarici Kəşfiyyat Xidmətinin rəisi Oleq İvaşenko, Xarici İşlər nazirinin birinci müavini Sergey Kıslıtsya, NMTŞ katibinin birinci müavini Yevgeni Ostryanski, SBU rəisinin müavini Aleksandr Poklad və Zelenskinin ofisi rəhbərinin müşaviri Aleksandr Bevz daxil idi.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə










.jpg)










.jpg)
















.jpg)














