G20 Zirvə Görüşünün iştirakçıları BMT Təhlükəsizlik Şurasının Afrika, Asiya-Sakit Okean regionu, Latın Amerikası və Karib dənizi ölkələrini əhatə etməklə genişləndirilməsini tələb ediblər. RİA Novosti xəbər verir ki, bu, yekun bəyannamədə qeyd olunub.
Sənəddə deyilir ki, yenilənmiş Təhlükəsizlik Şurası 21-ci əsrin reallıqlarını əks etdirməli və təşkilatın bütün üzvləri üçün daha "inklüziv, effektiv, səmərəli, demokratik" və şəffaf olmalıdır.
Bəyannamədə deyilir: "Biz Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağırırıq ki, bu da Afrika, Asiya-Sakit Okean regionu, Latın Amerikası və Karib dənizi kimi az təmsil olunan və təmsil olunmayan regionların və qrupların təmsilçiliyini yaxşılaşdıracaq".
G20 sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda keçirilir. Rusiya nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbərinin müavini Maksim Oreşkin rəhbərlik edir.
ABŞ Cənubi Afrikada ağdərili insanlara qarşı iddia edilən insan haqlarının pozulması səbəbindən sammiti boykot etdi. ABŞ prezidenti Donald Tramp sammiti "tam rüsvayçılıq" adlandırdı. O, həmçinin 2026-cı ildə Mayamidə G20 sammitinə ev sahibliyi etməyi səbirsizliklə gözlədiyini bildirdi.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü















.jpg)







































