Təhlükəsizlik mənbələri “Reuters” agentliyinə bildiriblər ki, qərbi Nigerdə “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nusrat əl-İslam vəl-Müslimin “(JNIM) qruplaşmasının yaraqlıları ən azı 10 əsgərin ölümünə səbəb olan hücum həyata keçiriblər.
Hücum 19 noyabrda Mali və Burkina Faso sərhədinə yaxın Tillaberi bölgəsindəki Qarbuqna kəndi yaxınlığında baş verib. Üç ölkənin qovşağında yerləşən bu ərazi uzun müddətdir “Əl-Qaidə” və “İslam Dövləti” ilə əlaqəli Qərbi Afrika cihadçı qruplarının fəaliyyət mərkəzi hesab olunur.
Mənbələr ölənlərin sayı ilə bağlı müxtəlif təxminlər veriblər. Biri 20 əsgərin öldürüldüyünü bildirib. Digəri isə ondan çox ölüm xəbəri verib. Üçüncüsü isə ölənlərin sayının ən azı 10 nəfər olduğunu təsdiqləyib.
“Əl-Qaidə” hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qrup Sahel media qolu olan “Əl-Zallaka” tərəfindən idarə olunan veb saytında bəyanatlar və fotoşəkillər dərc edib.
Niger, Malidə başlayan islamçı üsyanla 12 ildir mübarizə aparan Qərbi Afrika ölkələrindən biri olaraq qalır. Münaqişə bölgədə minlərlə insanın ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olub.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











