"Son 10 ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövriyyəsi 26 dəfədən çox artıb və gəlirlərin böyük hissəsi Azərbaycanın hüdudlarından kənarda əldə olunub".
Mediainfo.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd edilib:
"Xarici aktivlərimiz, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya, BƏƏ kimi ölkələrdə əldə etdiyimiz terminallar, limanlar, zavodlar, emal, neft-kimya, logistika kompleksləri, yanacaqdoldurma və texniki servis məntəqələri Azərbaycan dövlətinin mülkiyyəti olaraq, ölkəyə sabit dividendlər gətirir, onun iqtisadi gücünün möhkəmlənməsinə xidmət edir. Azərbaycan SOCAR-ın timsalında qardaş Türkiyənin ən böyük xarici investorudur. Ötən il Türkiyədə tikib istismara verdiyimiz STAR neft emalı zavodunda istehsal olunan məhsullar ən böyük aktivimiz olan "Petkim"i xammalla təchiz etməklə yanaşı Türkiyədəki biznes şəbəkəmizin inkişafına yeni təkan verib".
O qeyd edib ki, son 10 ildə SOCAR-ın aktivləri 4 dəfədən çox, cəmi pul vəsaitləri və ekvivalentləri isə 9 dəfəyə yaxın artım tempi göstərib.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


.jpg)





























.jpg)
.jpg)










.jpg)










