Alyaskada iri neft yataqları aşkarlanıb

Alyaskada iri neft yataqları aşkarlanıb

"Caelus Energy" şirkəti Alyaskada iri neft ehtiyatlarının aşkarlandığını bəyan edib.

"Apollo Global Management" Fondu tərəfindən dəstəklənən şirkət Şimal Qütb dairəsindən 480 km şimalda yerləşən şelfdə zəngin neft ehtiyatları aşkarladığını bəyan edib.

"Caelus Energy" şirkəti yataqdan 1,8-2,4 mlrd. barelədək neft (240-321 mln. ton) hasil etmək mümkün olacağını bildirib.

Proqnozların gerçəkləşəcəyi təqdirdə, yataqdan gündəlik 200 min barel yüngül neft hasil etmək mümkün olacaq.

"Bunu etmək çətin olacaq, lakin bizim bütün dünyada bu cür layihələrimiz var", - deyə şirkətin rəhbəri Ceyms Müsselman bildirib.

"Caelus" hasil ediləcək neftin daşınması üçün 800 mln. dollar dəyərində 200 km uzunluğunda sualtı neft borusu inşa etməyi planlaşdırır.

Məlumata görə, şirkət layihə çərçivəsində artıq iki quyu qazıb, daha bir quyunun qazılması 2018-ci ilin yanvarına planlaşdırılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az