Bu ilin yanvar-mart ayları arasında Azərbaycana yalnız elektrik mühərriki ilə işləyən 299 nəqliyyat vasitəsi idxal edilib.
Azerbaycanpolisi.az “Day.Az”a istinadla xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Məlumata görə, bu elektrikli nəqliyyat vasitələrinin dəyəri 7,898 milyon dollar təşkil edib.
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət baxımından 129 ədəd və ya 43,1% azalma deməkdir.
Ümumilikdə, bu ilin yanvar-mart ayları arasında Azərbaycana 339,6 milyon dollar dəyərində 15 351 nəqliyyat vasitəsi idxal edilib.
Keçən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin idxalı kəmiyyət baxımından 7 585 ədəd və ya 1,5 dəfə, pul baxımından isə 60,6 milyon dollar və ya 15,1% azalıb. Hesabat dövründə ölkəyə 50,972 milyon ABŞ dolları dəyərində 10 və ya daha çox nəfər (sürücü daxil olmaqla) daşımaq üçün nəzərdə tutulmuş 280 ədəd motorlu nəqliyyat vasitəsi, eləcə də əsasən insanların daşınması üçün nəzərdə tutulmuş 251,916 milyon ABŞ dolları dəyərində 13,359 ədəd minik avtomobili və digər motorlu nəqliyyat vasitələri idxal edilib.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























