Azərbaycan Mərkəzi Bankı yenilənmiş 100 manatlıq əskinası 15 iyulda dövriyyəyə buraxacaq.
Azerbaycanpolisi.az “Minval.az”a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank tərəfindən məlumat verilib.
Qeyd olunur ki, mərkəzi banklar saxtakarlığa qarşı mübarizəni gücləndirmək, müasir texnologiyaların tətbiqi və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün əskinasların dizaynını və təhlükəsizlik sistemlərini vaxtaşırı yeniləyirlər. Beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı ən son innovasiyalar, nano və mikrotexnologiyalardan istifadə edərək milli əskinasların yenilənməsi prosesinə başlayıb. 2021-ci ildən etibarən yenilənmiş əskinaslar artıq 1, 5, 10, 20 və 50 manatlıq nominallarda buraxılıb.
Bu proses "İqtisadiyyat və İnkişaf" mövzusuna həsr olunmuş yenilənmiş 100 manatlıq əskinasla davam edir. Onun dizaynı və təhlükəsizlik sistemi üçölçülü rəng dəyişdirən holoqrafik element, dəyişən manat simvolu olan dinamik "Spark Flow Prime" işıq effekti, su nişanı (Dövlət gerbinin və nominalın işığa qarşı təsviri), görmə qabiliyyəti zəif olanlar üçün toxunma elementləri, şaquli dizayn, təhlükəsizlik sapı, mikro çap və digər elementlər daxil olmaqla müasir texnologiyalardan istifadə edir.
Yeni əskinasda həmçinin ön tərəfin yuxarı sol küncündə Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası var.
Hazırda ölkədəki bütün ödəniş sistemləri və avadanlıqları yeni əskinasa uyğunlaşdırılır.
Yenilənmiş 100 manatlıq əskinas mövcud əskinasla birlikdə dövriyyədə olacaq və məhdudiyyətsiz istifadə edilə bilər.
Azerbaycanpolisi.az
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir
Gürcüstanda azərbaycanlı ana 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, sonra intihara cəhd edib













.jpg)


















.jpg)
















