İqtisadçılar bank sektorunda vəziyyətin daha da ağırlaşacağını proqnozlaşdırır
Artıq iqtisadi bögran maliyyə bazarlarını darmadağın etməkdədir. Bir-birinin ardınca banklar bağlanır.
İqtisadçı ekspert Samir Əliyev "Bank Standart"ın sonuncu olmayacağını açıqlayıb:
"Nəhayət ki ölü banka süni nəfəs verməyin mənasızlığını qəbul edib Bank Standardı bağladılar. Bu bankı son illər bağlanan ən böyük bank saymaq olar. Depozitlərin həcminə görə ikinci ən böyük bank olub, vaxtilə ilk beşliyə düşüb.
Əlbəttə 460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək. Həmin vəsaitlər hər bir halda dollara çevrilərək ya banklara və yastıq altına yönələcək. Bu da dollara tələbatı artıracaq. Söhbət təxminən 280 milyon dollardan gedir".
Ekspert qeyd edib ki, bu bankı devalvasiyasadan sonra bağlanan 13-cü bank da saymaq olar:"Ümumiyyətlə götürdükdə banklarımızın 29%-i devalvasiyanın "qurbanı" olub. Proses davam edəcək.
Hazırda bazarda 32 bank qalıb. Onların sayının 30-dan aşağı düşməsi gözlənilir. Həmin rəqəmin 25-də yoxsa 20-də dayanacağını zaman göstərəcək. Hər bir halda bəzi banklar Palatadan "qara kağız" almalı olacaqlar".
İqtisadçı Qadir İbrahimli məsələyə belə yanaşıb: "Bank-Standart da belə getdi, hələ bir neçəsi də sıradadır. Son 10 ayda 11 bank bağlanıb. Orta hesabla 1 aya bank 1 bank. Maliyyə sabitliyindən daha danışan yoxdur".
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































