Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi keçirilib.
Apa-nın məlumatına görə, Təzəpir məscidində keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.
Vida mərasimində çıxış edən Əbülfəz Qarayev Oqtay Zülfüqarovun Azərbaycan musiqisi və bəstəkarlığının inkişafındakı xidmətləri haqda danışıb. Nazir bildirib ki, Azərbaycan musiqisinin inkişafında onun xüsusi yeri var: "Onun oğlu da bəstəkardır. Bu ənənə davam edir. Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı mahnılar bu gün də səsləndirilir. Oqtay Zülfüqarovun musiqisi yaşayır, bundan sonra da yaşayacaq".
Vida mərasiminin ardından bəstəkar II Fəxri xiyabanda dəfn olunub.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































