Mən Şuşada kinoteatr olan məhəllədə yaşayırdım. Təxminən yeddinci sinifdə oxuduğum vaxtlarda kinoteatrlara “Nəsimi” filmi və filmin afişaları gəlmişdi. Dayım da orada çalışdığı üçün mənə həmin afişalardan gətirmişdi. Getdim filmə baxdım. Onsuz da istəyirdim, ancaq filmdən sonra qərara gəldim ki, aktrisa olacağam.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova mərhum aktyor Rasim Balayevlə bağlı xatirələrini bölüşərkən deyib.
“Ən böyük arzum Rasim Balayevi görmək idi. Hətta ona məktub da yazmışdım. İkinci kursda olanda isə onunla şəkil çəkdirmişdim. Həmin fotonu da paylaşmışam.
İllər keçdi. Mən təhsil aldığım universitetin həyətində olan zaman Rasim Balayev gəlib, yazdığım məktubu saxladığını bildirdi. Təəccübləndim. Hansı məktub olduğunu soruşdum. Cavabında “Sən mənə yazmısan. Köçəndə evdəki məktublara baxırdıq. Sənin adını gördüm və saxladım” dedi. Onda mən artıq sənətdə tanınırdım”, - aktrisa bildirib.
Əməkdar artistin sözlərinə görə, Rasim Balayevlə bir filmdə çəkilmək onun ən böyük istəyi idi:
“Biz “Qala” filmində tərəf müqabili olduq. Rasim bəyin həyat yoldaşı və nəvəsi də orada idi. O, çox gözəl insan, gözəl tərəf müqabilidir. Nə yaxşı ki, mən həmin anları yaşayıb, filmdə çəkilmişəm.
Rasim bəy mənə son dəfə qardaşım rəhmətə gedəndə zəng edib, başsağlığı vermişdi. Onunla hərdən danışırdıq, tədbirlərdə görüşürdük. Bütün sənət adamlarına qarşı istiqanlı, mehriban idi. O, əsl Azərbaycan kişisi və sözün düzünü deyən insan idi. Rasim Balayevin ailəsinə və doğmalarına səbr diləyirəm. Doğrudan da böyük itkidir. İtirdikdən sonra başa düşürük ki, kimi itirmişik. Allah rəhmət eləsin!”
Əziz MUSTAFA
Bu ulduz futbolçuları dünya çempionatında görməyəcəyik – SİYAHI
Ukrayna müharibəsində daha bir Azərbaycanlı həlak olub
Bakıda kirayə mənzildə evli cütlüyün cəsədləri tapılıb
Ağdamda üzündən bıçaqlanan gənc qız Bakıya gətirildi
MDBMəmurun villasında milyonluq sərvət tapıldı - Qalmaqallı detallar
Zaqatalada ağır yol qəzası baş verib, ölən və yaralılar var
ANAMA-nın əməkdaşı Xocalıda qəzaya düşərək öldü
Qazaxda 18 yaşlı qız ölüb




.jpg)








































