Kiprdə kazinonun rəhbəri Halil Falyalını öldürən Hollandiyada tutulub. Falyalı və sürücüsünün ölümündə məsuliyyət daşıdığı bildirilən şübhəlinin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.
Bildirilib ki, Türkiyə polis bölmələrinin xəbərdarlığı ilə hərəkətə keçən Hollandiya polisi Haaqa yaxınlığındakı qəsəbədə əməliyyat keçirib.
Dünən hakim qarşısına çıxan şübhəli həbs edilib. Hollandiyada saxlanılan şübhəlinin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.
2022-ci ilin fevralında Girnenin Çatalköy bölgəsində baş verən hücumda Halil Falyalının avtomobili avtomatik silahlarla atəşə tutulub.
Bədəninə 16 güllə dəyən Falyalı ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da vəfat edib. Sürücüsü Murat Dəmirtaş isə hadisə yerində dünyasını dəyişib.
Hadisədən sonra aralarında Mehmet Faysal Söylemez və Mustafa Söylemez qardaşlarının da olduğu 6 nəfər qətllə əlaqəsi olduğu səbəbilə saxlanılıb.
Xatırladaq ki, oktyabrın 12-də İstanbul 36-cı Ağır Cəza Məhkəməsində baxılan işdə Mehmet Faysal Söylemez və Mustafa Söylemezin “qəsdən adam öldürmə” və “təşkilat yaratmaq və onlara rəhbərlik etmək” cinayətlərinə görə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edilmişdi".
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































