Rusiya məktəbində səkkizinci sinif şagirdi iki nəfəri güllələyib və intihar edib

Rusiya məktəbində səkkizinci sinif şagirdi iki nəfəri güllələyib və intihar edib

Rusiyanın Bryansk şəhərində 8-ci sinif şagirdi məktəbdə sinif yoldaşlarına atəş açıb. RİA Novosti yazır ki, atışma 5 saylı gimnaziyada baş verib.

Səkkizinci sinif şagirdi məktəbə “Bekas-3” markalı odlu silah gətirib və o, ondan bir neçə dəfə atəş açıb. RİA Novosti-nin məlumatına görə, silah məktəbli qızın atasına məxsus olub.

Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, atışma nəticəsində iki nəfər həlak olub.

“Hadisə nəticəsində iki nəfər həlak olub (onlardan biri qətli həyata keçirən qızdır), beş nəfər yaralanıb, onlar hazırda tibb müəssisəsinə yerləşdirilib”, - məlumatda deyilir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə isə, atışmadan sonra 14 yaşlı məktəbli intihar edib.

Mash-ın məlumatına görə, qətl törədən səkkizinci sinif şagirdinin adı Alinadır. O, ibtidai sinifdən məktəbdə zorakılığa məruz qalıb. Mash, bunun baş verənlərin səbəblərindən biri ola biləcəyini ehtimal edir, çünki qız yalnız oğlanlara atəş açıb.

.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az