Dekabrın 6-da Rusiya Federasiyasının Moskva vilayətində ukraynalı keçmiş xalq deputatı İlya Kivanın meyitində iki güllə yarası aşkar edilib. Bu barədə dekabrın 7-də Telegram-da Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
"Müstəntiqlər və kriminalistlər hadisə yerinə baxış keçiriblər. Hadisə yerindən iki tapança gilizləri, bir patron və digər əşyalar götürülüb. Həmçinin zərərçəkənin avtomobilinə və son aylarda yaşadığı otel otağına baxış keçirilib", - məlumatda deyilir. .
Rusiya Federasiyasının İstintaq Komitəsi bildirib ki, “Kiva işi” ilə bağlı bir sıra ekspertizalar təyin edilib, şahidlərin dindirilməsi və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mash Telegram kanalı Kivanın döş və başından iki güllə ilə öldürüldüyünü yazıb. Mash-ın məlumatına görə, keçmiş xalq deputatı birinci güllədən yaralanıb, ikinci güllədən isə ölüb.
Kanalın müəllifləri iddia edirlər ki, qətl Kivanın bu yaxınlarda yaşadığı Moskva vilayətindəki bağ kompleksinin nisbətən boş gəzinti ərazisində törədilib, ona görə də keçmiş deputatın cəsədi hadisədən təxminən bir saat sonra aşkar edilib.
"Hazırda müstəntiqlər Kivanın şərikini dindirir. Versiyalardan birinə görə, o, qatili izinə sala bilərdi, lakin bu, hələ ki, təsdiqini tapmayıb", - məlumatda deyilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































