Dələduzluqda təqsirləndirilən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkuta hökm oxunub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Aytac Əliyeva 7 il, bacısı İknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Aytac Əliyevanın 9 il, bacısı İlknur Turkutun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ilkin məlumata görə, A.Əliyeva bacısı İ.Turkut ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edib. Belə ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Eyni zamanda A.Əliyeva Binəqədi qəsəbəsi bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər daha 9 nəfərə qarşı dələduzluq edib. Onlara qarşı ümumilikdə 1 milyon manata yaxın ziyan vurub.
Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.
Aytac Əliyeva və bacısı İlknur Turkut Bakı Şəhər Baş Polis İdarəsində aparılan təhqiqat zamanı həbs edilib.
A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, bacısı İlknur Turkut isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığında idi.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































