Krasnodar diyarında polis idarəsini yandıran Tacikistan əsilli şəxs saxlanılıb. İstintaqın məlumatına görə, o, miqrasiya idarəsinin rəisini öldürməyə cəhd edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Noyabrın 21-də səhər saatlarında Abşeronskda polis şöbəsində yanğın baş verib. Səhər saat 10 radələrində 68 yaşlı S.Yu. polis şöbəsinə daxil olub, arxiv sənədlərini həlledici (rastvoritel) səpərək yandırıb.
Yanğın tez bir zamanda söndürülüb, lakin polis əməkdaşlarından biri tibbi yardım tələb edib - baş əməliyyat növbətçisi yanma məhsullarından zəhərlənib.
Sonradan müstəntiqlər müəyyən ediblər ki, hədəf miqrasiya idarəsinin rəisidir.
Sonuncu dəfə S.Yu. 2 il əvvəl polis şöbəsinə müraciət edib. 2021-ci ildə onun hüquqi statusu “vətəndaşlığı olmayan şəxs” kimi tənzimləndi. Bundan sonra o, icazə almaq üçün polisə müraciət etməyib.
İndi həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci “Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd” maddəsi ilə iş açılıb. Onu 20 ilə qədər həbs gözləyir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə










.jpg)
















.jpg)



















.jpg)




