ABŞ-da afroamerikalı Corc Floydu öldürməkdə təqsirli bilinən keçmiş polis məmuru həbsxanada yaralanıb. Onun ölümü “Qaraların həyatı önəmlidir” etiraz hərəkatına səbəb oldu
Afro-amerikalı Corc Floydu öldürməkdə təqsirli bilinən keçmiş polis zabiti Derek Şovin Arizona ştatının həbsxanasında bıçaqlanıb, CNN Minnesota baş prokuroru Keyt Ellisonun ofisinə istinadən xəbər verir.
“Derek Şovinin zorakılığın qurbanı olduğunu eşidəndə kədərləndim. O, cinayətlərinə görə layiqincə məhkum edilib və hər bir məhbus kimi o, qisas və zorakılıqdan qorxmadan cəzasını çəkə bilməlidir”, - deyə Ellison əlavə edib ki, Şovinin vəziyyəti stabildir.
Federal Həbsxanalar Bürosunun məlumatına görə, Şovinə hücum yerli vaxtla təxminən 12:30-da baş verib. Sky News telekanalı keçmiş polis əməkdaşının kamera yoldaşının hücumuna məruz qaldığını yazır. Telekanalın mənbəsinin sözlərinə görə, hücum nəticəsində Şovin "ağır yaralanıb". "Onun sağ qalacağı gözlənilir" deyə mənbə əlavə edib. Zədənin ciddiliyini The Washington Post da bildirir.
Eyni zamanda keçmiş polisin vəkili Qreq Erikson mediaya bildirib ki, o, hələ də müvəkkili ilə əlaqə saxlaya bilməyib. Bundan əlavə, Federal Həbsxanalar Bürosu vəkilə nə hadisənin təfərrüatlarını, nə də Şovinin vəziyyəti barədə məlumat verməyib.
Derek Şovin həbs olunarkən ölən afroamerikalı Corc Floydun qətlinə görə 21 il həbs cəzasına məhkum edilib. Polis onu 10 dəqiqəyə yaxın dizi ilə boğdu. Onun ölümü “Qaraların həyatı önəmlidir” kimi tanınan irqi ayrı-seçkiliyə qarşı bir sıra kütləvi etirazlara səbəb oldu. Bəzi hallarda etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə










.jpg)
















.jpg)



















.jpg)




