Ev kirayəsi ilə məşğul olan şirkətə 779,5 milyon həbs qoyulub

Ev kirayəsi ilə məşğul olan şirkətə 779,5 milyon həbs qoyulub

İtalyan hakimi, «Airbnb» şirkətini gündəlik ev kirayəsi proqramından 779,5 milyon avro vergidən yayınma ittihamı ilə müsadirə edilməsinə qərar verib. Prokurorlar bildirirlər ki, şirkət ev sahiblərindən təxminən 3,7 milyard avro icarə gəlirindən vergi toplamayıb.

Digər tərəfdən, baş nazirin müavini milli identifikasiya kodunun bu sahədə tətbiqi ilə İtaliyanın maliyyə gəlirlərinin 1 milyard avro arta biləcəyini düşünür.

İtaliyada ev sahiblərindən qazanclarına görə 21% vergi ödəməsi tələb olunsa da, prokurorlar şirkətin kirayədən əldə etdiyi təqribən 3,7 milyard avro gəlir üçün ev sahiblərindən vergi toplamadığını deyir.

«Airbnb» rəsmisi BBC-yə verdiyi açıqlamada "İtaliya prokurorunun elan etdiyi hərəkətdən təəccübləndiyini və məyus olduğunu" bildirib.

«Airbnb» sözçüsü Kristofer Nutli bildirib ki, şirkətin Avropadakı baş ofisi problemi həll etmək üçün iyun ayından İtaliya vergi idarəsi ilə birgə işləyir.

“Biz əminik ki, qanuna tam uyğun hərəkət edirik və bununla bağlı hüquqlarımızdan istifadə etmək niyyətindəyik”, deyə Nutli belə bildirib.

Son illərdə İtaliya rəsmiləri ölkədə 2008-ci ildən fəaliyyət göstərən «Airbnb» kimi böyük şirkətlərin vergi praktikasına nəzarəti artırıblar. Hakim Forza Italia partiyası bildirib ki, ölkədə qısamüddətli kirayələr üçün milli identifikasiya kodu tətbiq olunacaq.

Forza Italia lideri və baş nazirin müavini Antonio Tajani açıqlamasında deyib: "Bu qanun mənzilləri bəyan etmədən kirayə verənlərin gəlirlərini üzə çıxaracaq".

Siyasətçilər hesab edirlər ki, bu addım İtaliyanın fiskal gəlirlərini 1 milyard avro artıra bilər.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az