Tatu ustasını və arvadını mismarlanmış ağacla döyüblər. Hadisə İstanbulun Taksim meydanında gecə klubunun işçiləri tərəfindən törədilib. İddialara görə, müəssisənin işçisi ikiliyə olduqları yerdə oturmamalarını və kulubu tərk etmələrini deyib. Yeliz Ö. və Mehmet İ. xəbərdarlığa məhəl qoymadıqda, bir yerə toplaşan işçilər mismarlanmış ağacla cütlüyün yanına gələrək onları hədələməyə başlayıblar. Qorxuya düşən cütlük hadisə yerini tərk etmək istəsə də, iddiaya görə, işçilər onlara hücum etməyə başlayıb. İkili qaçmağa çalışsa da, 6-7 nəfərlik qrup Yeliz Ö. və Mehmet İ.-ni döyüblər. Başlarından aldığı zərbələrdən qan içində qalan cütlük hadisə yerinə polis çağırsa da, hücum edənlər qaçıblar. Xəstəxanada müalicə alan ikilinin başlarına tikişlər vurulduğu və bədənlərinin müxtəlif nahiyələrinin yaralandığı məlum olub.
İstanbul Prokurorluğunda ər-arvadın döyülməsi iddiası ilə araşdırma açılıb.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






.jpg)










.jpg)
















.jpg)


















