Okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.
Qeyd edək ki, hadisə oktyabrın 28-də səhər saat 05:50-də Sumqayıt şəhəri 16 mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs D. Fərəcova məxsus evə gələrək odlu silahdan atəş açıb. Nəticədə D. Fərəcov, onun qızı Suzana Fərəcova həlak olublar. Xanımı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaş, həmçinin onların köməyinə çıxan qonşuları Mehman və atası Etibar Sarıyevlər isə yaralanıblar.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































